Misir səhranı yaşıllaşdırır | Peyk fotoları

   Misir səhranı yaşıllaşdırır    | Peyk fotoları
  13 Yanvar 2025    Oxunub:775
Misirin həyata keçirdiyi “Yeni delta” layihəsi 9240 kvadrat kilometr ərazidə səhranın yaşıllaşdırılmasını nəzərdə tutur. Məqsəd Nil çayından qərbdə yerləşən cansız torpaqları kənd təsərrüfatı üçün yararlı hala gətirməkdir.
NASA-nın “Landsat 8” “Landsat 9” peyklərinin İsgəndəriyyə və Buxariyyə ərazilərindən 6 il fərqlə çəkdiyi şəkillər göstərir ki, artıq hiss olunan nəticələr var. Ümumilikdə bu layihə ilə ölkədə kənd təsərrüfatına yararlı torpaqların 15% artırılması nəzərdə tutulub.


İkinci şəkildə şimal-şərqdən (sol yuxarı küncdən) gələn xətt yeni çəkilmiş kanaldır. Bir neçə nasos stansiyasının köməyilə vurulan çirkab suları bu kanalın vasitəsilə cənubdakı təmizləmə stansiyasına axıdılır, daha sonra isə suvarma üçün yaradılmış xüsusi süni göldə toplanır.


Təmizləmə stansiyasının tikintisi 2023-cü ildə başa çatdırılıb. Orada gündə 7.5 milyon kubmetr çirkab suyu emal olunur. Bu göstəriciyə görə həmin zavod Ginnesin Rekordlar Kitabına düşüb.

Yeni salınan meşə zolağı təkcə ekoloji deyil, həm də iqtisadi məqsədlərə xidmət edir: orada əkilən evkalipt və akasiya ağaclarından istehsalda, tikintidə istifadə olunur.

Samir Quliyev
AzVision.az


Teqlər: Misir  





Xəbər lenti